ABŞ ın ticarət kəsiri ciddi şəkildə artıb

09.02.2025

Sia Az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

2024-cü ildə ABŞ-ın ticarət kəsiri 920 milyard dollara çatıb. Bu da illik əsasda 17 faiz artım deməkdir. SİA xəbər verir ki, Ticarət Departamentinin statistikası dekabrda xarici ticarət üzrə mənfi saldo daha da dərinləşdiyini göstərir. Buna səbəb neft məhsullarının satışının azalması və aviasiya sənayesində 2 ayadək davam edən tətildir.

Ölkənin ən böyük ticarət partnyoru yenə də Çin olaraq qalır. Bu ölkə ilə ticarətin illik həcmi 8 faiz artaraq 300 milyard dollara çatıb. Digər 2 əsas partnyor isə Avropa İttifaqı və Meksikadır.

Ekspertlərin qənaətinə görə, Tramp əlavə rüsumlar tətbiq etməklə mənfi saldonu azaltmağı planlaşdırır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью