ABŞ ın ticarət naziri də Kanadanı 51 ci ştat adlandırdı

13.03.2025

Xalq qazeti saytından verilən məlumata görə, Icma.az xəbər verir.

“Kanadanın 51-ci ştata çevrilməsi” Kanada və ABŞ iqtisadiyyatlarının inteqrasiyası üçün ən yaxşı yoldur. Bu barədə ABŞ-ın ticarət naziri Hovard Lutnik “Fox Business” kanalının proqramlarından birində bildirib.

“The Hill” xəbər verir ki, Lutnik Kanadanın ABŞ-la əməkdaşlıq etməsinin zəruriliyindən danışıb: “Onlar ABŞ-ın 51-ci ştatı olmağın inanılmaz faydalarını düşünməlidirlər”.

ABŞ prezidenti Donald Tramp daha əvvəl dəfələrlə bəyan edib ki, Kanada 51-ci ştat kimi ABŞ-a daxil edilməlidir. Tramp hesab edir ki, kanadalılar da ABŞ-ın bir hissəsi olmaq istəyirlər. Bundan başqa, Ağ Evin rəhbəri dəfələrlə baş nazir Castin Trüdonu Kanada ştatının “qubernatoru” adlandırıb.

P.ƏMİRCANOV
XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью