ABŞ ın Türkiyədəki səfiri prezidentin Suriya üzrə nümayəndəsi təyin edilib

29.05.2025

Apa.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

ABŞ prezidenti Donald Tramp ABŞ-ın Türkiyədəki səfiri Tomas Barakın həm də prezidentin Suriya üzrə nümayəndəsi vəzifəsini icra edəcəyini açıqlayıb.

APA xəbər verir ki, Tramp bu haqda öz “X” hesabında məlumat verib.

“ABŞ-ın Türkiyədəki səfiri Tomas Barakın Suriya üzrə nümayəndəmiz kimi fəaliyyət göstərəcəyini elan etməkdən məmnunam”, - o bildirib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью