ABŞ ın Ukrayna üçün ayırdığı pullar əslində… Mask gizli məqamları açdı

20.02.2025

GlobalInfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

ABŞ-ın Kiyevə ayırdığı pulların böyük qismi amerikalı siyasətçilərin ehtiyaclarına sərf edilir.

Globalinfo.az xəbər verir ki, bunu ABŞ Hökumətinin Səmərəliliyinin Artırılması Departamentinin rəhbəri İlon Mask “X” hesabında paylaşıb.

“ABŞ-ın Ukraynaya ayırdığı pulların böyük bir qismi amerikalı siyasətçilərin – həm demokratların, həm də bəzi respublikaçıların – maraqları üçün istifadə edilib. “Ukraynaya ayrılan” həmin məbləğin əhəmiyyətli faizi nəticədə amerikalı siyasətçilərə xeyir gətirib. Buna görə Zelenski hər zaman deyir ki, yardımın yalnız yarısını ala bilib”, – Mask bildirib.

Xatırladaq ki, fevralın əvvəlində Zelenski Kiyevə ayrılan 200 milyard dollar yardımın hara getdiyini bilmədiyini demişdi. Onun sözlərinə görə, Kiyev ABŞ-dan təxminən 76 milyard dollar yardım alıb.

Aysel Əliyeva
Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью