ABŞ ın Vitse prezidenti: Azərbaycana getməkdən çox məmnunuq

10.02.2026

Icma.az, Azertag portalına istinadən məlumat yayır.

Vaşinqton, 10 fevral, AZƏRTAC

Buradan Azərbaycana getməkdən çox məmnunuq.

AZƏRTAC-ın məlumatına görə, bu sözləri ABŞ-ın Vitse-prezidenti Ceyms Devid Vens Ermənistandan Azərbaycana yola düşərkən hava limanında jurnalistlərə deyib. O bildirib ki, sülhün əldə edilməsi əslində ilk addımdır, amma sülhün qorunması bu gün görülən işlərdir.

Ceyms Devid Vens əlavə edib ki, Prezident Trampın iştirakı ilə iki ölkə arasında sülhə dair saziş layihəsi paraflanıb: “Biz bunun üzərində davam edirik, sülh müqaviləsinin qüvvədə qalması üçün Ermənistanla Azərbaycan arasında zəruri olan iqtisadi müstəqilliyin mövcudluğundan əmin oluruq. Hazırkı vəziyyətimizdən çox məmnunam”.

Məlahət Nəcəfova

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью