Icma.az, Newscenter.az portalına istinadən məlumatı açıqlayır.
“Keçən ilin avqustunda ABŞ-ın vasitəçiliyi və iştirakı ilə Azərbatcanla Ermənistan arasında sülh paraflanması imzalanıb və tərəflər arasında sülhə dair razılaşma əldə olunub. Bu səfər həmçinin həmin razılaşmanın icrasını və dayanıqlığını təmin etmək istiqamətində atılan addımdır”.
Bunları Newscenter.az-a siyasi ekspert Çingiz Şahbazi Birləşmiş Ştatların vitse-prezidenti Cey Di Vinsin regiona nəzərdə tutulan səfərini şərh edərkən səsləndirib. Ekspert deyib ki, ABŞ vitse-prezidenti səfər zamanı TRİPP marşrutu ilə də yaxından maraqlanacaq:

“Çünki, TRİPP marşrutu layihəsi yalnız siyasi məqsədlər üçün nəzərdə tutulmayıb. Bu layihə həm də infrastruktur və iqtisadi əməkdaşlıq çərçivəsində də təşviq olunur. Bura enerji və nəqliyyat əlaqələrini misal gətirmək olar. Bu istiqamətdə yürüdülən siyasət gələcəkdə tərəflərin qarşılıqlı etimadını artıracaq”.
Çingiz Şahbazi qeyd edib ki, ABŞ böyük gücdür və onu təmsil edən dövlət rəsmisinin bölgəyə səfəri siyasi dialoqu dərinləşdirəcək və tərəflərin uzlaşma prosesinə daha çox maddi və diplomatik təkan verə bilər%
“Bu baxımdan da Vensin səfəri əlamətdar hadisədir və səfər çərçivəsində koordinasiya mexanizmləri , icra planları və potensial çətinliklər müzakirə edilə bilər ki, bu da sülh sazişində daha çox irəliləyişə səbəb ola biləcək amillərdən hesab olunur.”
Süleyman