ABŞ ın vurduğu obyektlərdə zənginləşdirilmiş uran olub

22.06.2025

Icma.az xəbər verir, Axar.az saytına əsaslanaraq.

ABŞ-ın zərbə endirdiyi nüvə obyektlərində zənginləşdirilmiş uran var idi.

Axar.az xəbər verir ki, bu barədə Atom Enerjisi üzrə Beynəlxalq Agentliyindən (MAQATE) məlumat verilib.

MAQATE-nin İrana iyunun 13-də endirilən zərbələrdən əvvəl təsdiq etdiyi son məlumata görə, İsfahan və Natanz da daxil olmaqla, ABŞ-ın vurduğu üç obyektdə müxtəlif səviyyələrdə zənginləşdirilmiş uran şəklində nüvə materialı olub ki, bu da vurulan ərazilərdə radioaktiv və kimyəvi çirklənməyə səbəb ola bilər”, - məlumatda qeyd olunub.

Qeyd edək ki, bu gün ABŞ Hərbi Hava Qüvvələri İranın 3 nüvə obyektinə zərbələr endirib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью