ABŞ ın Yəmənə endirdiyi zərbə nəticəsində ən azı 70 husi öldürülüb

05.04.2025

Icma.az, Apa.az saytına istinadən bildirir.

Yəmənin “Ənsar Allah” hərəkatından ən azı 70 üzvü ABŞ-ın aprelin 2-də qərbdəki əl-Hudeydə əyalətinə endirdiyi hava zərbəsi nəticəsində öldürülüb.

APA xəbər verir ki, bu açıqlama ilə Yəmən hökumətinin informasiya, mədəniyyət və turizm naziri Müəmmər əl-İryani çıxış edib.

"Aprelin 2-də əl-Hudeydə əyalətinin cənub sahilindəki əl-Fəza bölgəsində husilərin toplaşdığı əraziyə ABŞ ordusunun dəqiq aviazərbəsi nəticəsində 70 terrorçu öldürülüb", - o “X” səhifəsində yazıb.

Nazirin sözlərinə görə, hücumda tanınmış husi liderləri və həmçinin Yəmən üsyançılarına dəstək verdiyi deyilən İran İslam İnqilabı Keşikçiləri Korpusunun müşavirləri həlak olub.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью