ABŞ ın Yəmənə endirdiyi zərbələr nəticəsində azı 22 nəfər həlak olub

18.04.2025

Icma.az, Apa.az portalına istinadən məlumatı açıqlayır.

ABŞ-ın Yəmənə endirdiyi hava zərbələri nəticəsində azı 22 nəfər həlak olub, onlarla insan isə yaralanıb.
APA xəbər verir ki, bu barədə Yəmənin "Al Masirah" telekanalı məlumat yayıb.

Məlumata görə, hücumlar cümə gecəsi Qırmızı dəniz sahilində yerləşən Əl-Hudeyda vilayətindəki Ras İsa limanına, xüsusilə oradakı neft terminalına yönəlib.
Hadisə nəticəsində 17 fəhlə və işçi, eləcə də 5 təcili yardım əməkdaşı həlak olub. Limanda güclü yanğın baş verib və hazırda alovun söndürülməsi istiqamətində işlər davam etdirilir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью