ABŞ ın Yəmənə hücumu nəticəsində onlarla insan ölüb

16.03.2025

Icma.az, Azvision saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Al Arabia telekanalının məlumatına görə isə, yüzdən çox insan xəsarət alıb.
Bundan əvvəl ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) Yəməndə husilərə qarşı genişmiqyaslı əməliyyata başladığını açıqlamışdı. Əməliyyat “Amerikanın maraqlarını qorumaq, düşmənləri çəkindirmək və naviqasiya azadlığını bərpa etmək üçün” Husi hədəflərinə qarşı bir sıra zərbələri əhatə edir.

Husilər də öz növbəsində “Amerika təcavüzünə” cavab verəcəklərini bəyan ediblər.
Röya Əliyeva
AzVision.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью