ABŞ ın Yəmənin neft limanına hücumu nəticəsində ölənlərin sayı 74 ə çatıb

18.04.2025

Operativ MM saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

ABŞ-ın Hudeyda əyalətindəki Ras İsa neft limanına hücumu nəticəsində azı 74 nəfər həlak olub.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Ənsarullah hökumətinin səhiyyə nazirliyi məlumat yayıb.

"İlkin məlumatlara görə, ABŞ-ın Ras İsa limanına hücumu nəticəsində ölənlərin sayı 74-ə çatıb, 171 nəfər isə yaralanıb. Təcili yardım və mülki müdafiə xilasetmə qrupları itkin düşənlərin və yaralıların axtarışlarını davam etdirir", - nazirliyin açıqlamasında bildirilir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью