ABŞ ın yeni dövlət katibi bir sıra ölkənin XİN rəhbəri ilə görüşüb

22.01.2025

Icma.az, Sia Az portalına istinadən məlumat verir.

Amerika Birləşmiş Ştatlarının (ABŞ) yeni dövlət katibi Marko Rubio Dördtərəfli Müdafiə Dialoqu (Quad) çərçivəsində Avstraliya, Yaponiya və Hindistanın xarici işlər nazirləri ilə görüşüb.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, Marko Rubio Yaponiyanın xarici işlər naziri İvaya Takeşi, Avstraliyanın xarici işlər naziri Penni Vonq və Hindistanın xarici işlər naziri Subrahmanyam Caişankarı Vaşinqtonda qəbul edib.

Danışıqlarda Hind-Sakit okean regionunda təhlükəsizlik, iqtisadi imkanlar və beynəlxalq hüquq kimi məsələlər müzakirə edilib. Dörd ölkə, status-kvonun birtərəfli hərəkətlərlə dəyişdirilməsi cəhdlərinə qarşı olduqlarını bəyan ediblər. Bundan əlavə, AUKUS (Avstraliya, Böyük Britaniya və ABŞ arasında nüvə sualtı alyansı) və ikitərəfli müdafiə əməkdaşlığı kimi məsələlər də gündəmə gətirilib.

Quad, 2004-cü ildə humanitar məqsədlər üçün yaradılıb və 2007-ci ildə rəsmiləşdirilib. Alyans əsasən, Çinə qarşı strateji forum kimi fəaliyyət göstərir.

WhatsApp-da Səs Media Qrupu kanalını izləyin

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər xəbərlər

Dünya

Rusiya ilə Özbəkistan arasında strateji tərəfdaşlıq proqramı imzalanıb

Dünya

Hərbi təhlükəsizliyimizi hamburgerlərə dəyişmək fikrində deyilik

Dünya

Şimali Koreyalılar Kursk vilayətində 4000-ə yaxın əsgərini itirib

Dünya

Ərdoğan göz yaşlarına boğuldu...

Dünya

Şimali Koreya Rusiyaya yeni qoşun göndərəcək

Dünya

Panama Trampın təhdidləri ilə bağlı BMT-yə müraciət edib

Dünya

Donald Tramp Ross Ulbriksti əfv edib

Dünya

Françeska Albanese İsrailə reaksiya verdi

Dünya

Terrorçuluqda şübhəli bilinən 240 nəfər saxlanılıb

Dünya

Şoltz Fransaya gedir

Dünya

İndoneziyada ölənlərin sayı 20-ə çatıb

Dünya

İraqda 9 yaşlı qızlarla dini nikaha icazə verildi

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью