ABŞ ın yeni nüvə strategiyası qlobal nüvə müharibəsi riskini artıra bilər Ekspert

07.08.2026

Icma.az, Bizimyol portalına istinadən məlumat verir.

ABŞ-ın Çin və Rusiyaya qarşı yönəlmiş yeni nüvə silahları strategiyası dağıdıcı qlobal münaqişə təhlükəsini artıra bilər.

Bizimyol.info xəbər verir ki, bu barədə çinli hərbi ekspert Çjan Tszyunşe bildirib.

Ekspertin sözlərinə görə, belə bir nüvə strategiyası ilk baxışdan cəlbedici görünə bilər, lakin onun həyata keçirilməsi “özünü məhvə aparan yol” ola bilər.

Çjan Tszyunşe qeyd edib ki, strateji ambisiyalar və hərbi-sənaye kompleksinin maraqları ilə şərtlənən bu yanaşma ABŞ-ın çəkindirmə imkanlarını daha etibarlı etməyəcək. Əksinə, onun sözlərinə görə, bu addım qlobal nüvə qarşıdurması riskini artıraraq dünya sülhü və təhlükəsizliyini təhdid edə bilər.

Ekspert bildirib ki, texniki baxımdan ABŞ hava, quru və dəniz platformalarında yerləşdirilə bilən taktiki nüvə silahları hazırlamaq imkanına malikdir. Həmçinin Vaşinqtonun bu cür döyüş başlıqları ilə hipersəsli qanadlı raketləri təchiz etmək potensialı da var. Onun fikrincə, ABŞ paralel şəkildə bir neçə belə proqramı inkişaf etdirə bilər.

Çjan Tszyunşe bu prosesin olduqca təhlükəli olduğunu vurğulayıb. O bildirib ki, nüvə çəkindirməsinin effektivliyi nüvə silahından istifadəyə çox yüksək hədd qoyulmasına və bunun doğuracağı dağıdıcı nəticələrə əsaslanır.

“Bu həddi qəsdən aşağı salmaqla ABŞ yalnız qlobal nüvə sabitliyinə zərbə vuracaq və yeni silahlanma yarışına səbəb olacaq”, — deyə çinli ekspert bildirib.

Daha əvvəl "NBC News" mənbələrə istinadən xəbər vermişdi ki, Pentaqon yenilənmiş nüvə strategiyası üzərində işləyir. Məlumata görə, ABŞ bu addımları Rusiya və Çinlə regional hərbi qarşıdurma ehtimalına hazır olmaq məqsədilə atır.

Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью