ABŞ ın yeni sanksiyaları: Tramp şərt irəli sürdü

18.11.2025

Icma.az, Axar.az saytına istinadən bildirir.

ABŞ Prezidenti Donald Tramp Rusiyanın ticarət tərəfdaşlarına qarşı sanksiyaların tətbiqini nəzərdə tutan qanunu imzalamağa hazırdır. Lakin o, bu prosesdə yekun qərarvermə səlahiyyətinin prezidentə məxsus olması şərtini irəli sürür.

Axar.az xəbər verir ki, bu barədə “Röyters” Ağ Ev rəsmisinə istinadla məlumat yayıb.

“Ağ Ev üçün əsas məqsəd sanksiya paketində prezidentin son qərarı vermək hüququnun təmin edilməsidir. Tramp administrasiyası eyni zamanda Rusiya ilə müharibənin dayandırılması istiqamətində danışıqları davam etdirir”, - məlumatda qeyd olunub.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью