“ABŞ ın yeni strategiyası və Ukrayna müharibəsi: Avropa güzəştlərə hazırlanır“ “Reuters“ |…
Icma.az, Moderator.az saytına istinadən bildirir. "Vaşinqtonun prioritetləri dəyişir, Brüssel isə Kiyevdən real kompromislər gözləyir..." AB
Moderator.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.
ABŞ-ın əsas marağı müharibənin bitməsidir Sənədə görə, Avropanın iqtisadiyyatının sabitliyi, münaqişənin genişlənməsinin qarşısının alınması və Rusiya ilə strateji sabitliyin bərpası ön plandadır.
Vaşinqton NATO-nun "daima genişlənən Alyans" kimi fəaliyyətini vacib saymır və müdafiə yükünün əsas hissəsinin AB tərəfindən daşınmalı olduğunu bildirir.
Pentaqon Avropa ölkələrinə xəbərdarlıq edir: 2027-ci ilə qədər müdafiənin əsas hissəsini öz üzərinizə götürün, əks halda ABŞ bəzi mexanizmlərdən çəkilə bilər.
Avropa isə bunu, xüsusən də ABŞ-ın yerini doldura biləcək kəşfiyyat və izləmə imkanlarının olmadığına görə, real hesab etmir.
Rusiya aktivlərinə toxunmamaq tələbi "Bloomberg" yazır ki, ABŞ Avropa ölkələrini Rusiya Mərkəzi Bankının dondurulmuş aktivlərindən Ukraynaya kredit ayrılması planını dayandırmağa sövq edir.
Vaşinqton hesab edir ki, bu vəsaitlər sülh danışıqlarında təzyiq aləti kimi qalmalıdır. Avropa isə buna qarşı çıxır.
Tam oxu
Xəbəri oxu