ABŞ ın yeni taktikası: iqtisadi blokada

15.08.2026

Icma.az, Bizimyol portalına istinadən məlumat yayır.

ABŞ İranı güzəştə məcbur etmək üçün hərbi güc əvəzinə iqtisadi təzyiqi artırmağa hazırlaşır.

Bizimyol.info  xəbər verir ki, iyul ayında İrana hava zərbələri endirən ABŞ administrasiyası Tehrana təzyiq göstərmək üçün bundan sonra hərbi gücdən daha çox iqtisadi vasitələrdən istifadə edəcəyinə dair siqnallar verir.

İran və Oman arasında aparılan danışıqlarda Hörmüz boğazına giriş-çıxışın İranın nəzarətində olması və gələcəkdə boğazdan keçən gəmilərdən daşıdıqları yükün 5 faizi həcmində ödəniş alınmasını nəzərdə tutan layihə ortaya çıxıb. Bu razılaşmanın Hörmüz üzərində İranın nəzarətini gücləndirəcəyi bildirilir.

ABŞ Prezidenti Donald Tramp “Fox News”a açıqlamasında İrana qarşı yaxın günlərdə daha ağır iqtisadi sanksiyalar tətbiq edəcəklərini bildirib. O, eyni zamanda Hörmüz boğazının “tezliklə ABŞ ərazisi olacağı” ilə bağlı təhdidini də təkrarlayıb.

ABŞ vitse-prezidenti Ceyms Devid Vens isə əsas məqsədin neft və qaz qiymətlərini aşağı səviyyədə saxlamaq, ikinci məqsədin isə İranın nüvə silahına sahib olmasının qarşısını almaq olduğunu deyib.

ABŞ müdafiə naziri Pit Heqset də İrana qarşı dəniz blokadasını bölgəyə növbəli şəkildə hərbi gəmilər göndərməklə “müddətsiz” davam etdirə biləcəklərini bildirib.

ABŞ maliyyə naziri Skott Bessent isə İrana qarşı yeni sanksiyaların gələn həftə açıqlanacağını bəyan edib.

Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью