​ABŞ İndoneziya ilə ticarət sazişi imzaladı

16.07.2025

Metbuat saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

ABŞ Prezidenti Donald Tramp İndoneziya ilə tariflərin azaldılmasını ehtiva edən ticarət sazişi imzalayıb.

Metbuat.az xəbər verir ki, Tramp İndoneziya prezidenti Prabovo Subianto ilə telefon danışığından sonra razılaşmanın tamamlandığını açıqlayıb. Tramp, razılaşmanın ABŞ-nin iqtisadi maraqlarına uyğun olduğunu açıqlayıb. Müqaviləyə əsasən, ABŞ İndoneziya mallarına tətbiq etdiyi tarifləri 32 faizdən 19 faizə endirməyə razılaşıb. İndoneziya tərəfi də razılaşmanı alqışlayıb. Bildirilib ki, ölkənin nümayəndə heyətinin səyi nəticəsində tərəflər razılığa gəlib.

İndoneziya prezidenti Prabovo Subianto, "Tramp ilə çox məhsuldar görüş keçirdik. Bu iki ölkə arasında əlaqələri gücləndirəcək" - deyə bildirib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью