ABŞ insan alverinə qarşı mübarizə üzrə xüsusi səfir təyin etdi

14.10.2026

Azpost portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

ABŞ Prezidenti administrasiyası Barbera Tornhilli (Barbera Thornhill) insan alverinə qarşı mübarizə və monitorinq sahəsində Dövlət Departamentinin xüsusi tapşırıqlar üzrə səfiri təyin edib.

Tornhill bu vəzifədə insan alverinin qarşısının alınması, zərərçəkənlərin müdafiəsi və təqsirkarların məsuliyyətə cəlb edilməsi istiqamətində beynəlxalq səyləri əlaqələndirəcək.

Onun vəzifələrinə həmçinin digər ölkələrin bu sahədə həyata keçirdiyi siyasətin qiymətləndirilməsi, xarici tərəfdaşlar və müvafiq qurumlarla əməkdaşlığın inkişaf etdirilməsi daxildir.

AzPost.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью