ABŞ iqtisadi böhranla üz üzədir?

16.01.2025

Teleqraf.com saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Konqres təcili tədbirlər görməsə, ABŞ iqtisadi böhran və görünməmiş vergi artımları ilə üzləşə bilər.

Teleqraf.com xəbər verir ki, bunu ölkənin Maliyyə Nazirliyinin rəhbəri vəzifəsinə namizəd Skott Bessent deyib.

“Federal hökumətin ciddi xərc problemləri var. Nəticədə son dörd il ərzində ÜDM-in orta hesabla rekord 7%-ni təşkil edən kəsirlər yaranıb” - Bessent açıqlayıb.

O bildirib ki, Co Baydenin prezidentliyi dövründə 40% artan lazımsız xərcləri azaltmaq və iqtisadi artımı stimullaşdıran investisiyalara diqqət yetirmək lazımdır.

Onun sözlərinə görə, vəziyyət olduğu kimi qalsa, 2025-ci ilin sonuna qədər vergilər 4 trilyon dollar arta bilər.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью