ABŞ iqtisadi məqsədlərini AÇIQLADI

06.02.2025

Redaktor.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Vaşinqtonun genişmiqyaslı idxal rüsumları tətbiqinin məqsədi ABŞ-də istehsal bazasını bərpa etməkdir.

Redaktor.az xəbər verir ki, bu barədə ölkənin Maliyyə Nazirliyinin yeni rəhbəri Skott Bessent deyib.

"İstehsal ölkəyə qayıtdıqca, korporativ vergilər və gəlirlər yüksəlir, tarif gəlirləri azalır, ticarət kəsiri və cari hesab kəsiri azalır", - o qeyd edib. 

Nazir həmçinin bildirib ki, ABŞ prezidenti Donald Trampın Çin, Kanada və digər ölkələrdən malların tədarükünə yeni tariflər tətbiq etməsi halında mənfəət güdülmür. Tariflər ABŞ-nin iqtisadi təhlükəsizliyini dirçəltmək üçün vasitələrdən biridir deyə Bessent yekunlaşdırıb.

Türkan İSGƏNDƏRLİ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью