Cebheinfo saytına istinadən Icma.az xəbər verir.
2026-cı ilin III rübündə ABŞ iqtisadiyyatı illik ifadədə 2.1 faiz artıb.
“Cebheinfo.az” xəbər verir ki, bu haqda məlumatı ABŞ Statistika İdarəsi yayıb. Bildirilib ki, iqtisadi artım əsasən özəl sektorun əsas kapitala investisiyaları, istehlak və dövlət xərclərinin artması ilə olub.
Xüsusilə informasiya texnologiyaları avadanlıqlarına investisiyaların, eləcə də səhiyyə və ictimai iaşə xidmətlərinə istehlak xərclərinin artması iqtisadi fəallığa müsbət təsir göstərib. Bununla yanaşı, ixracın azalması və idxalın artması ÜDM-in artımını məhdudlaşdırıb.
“Cebheinfo.az”
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin