ABŞ iqtisadiyyatı tənəzzülə üğraya bilər

16.05.2025

Icma.az, Adelet.az portalına istinadən məlumatı açıqlayır.

Birləşmiş ştatların JP Morgan Chase bankının baş icraçı direktoru Ceymi Daymon bəyan edib ki, ABŞ-la Çin arasında rüsumların azaldılmasına baxmayaraq, ABŞ iqtisadiyyatı tənəzzülə doğru gedir.

Bankın baş iqtisadçısı Maykl Feroli bununla bağlı bildirib ki, iqtisadiyyatda tənəzzülün başlanması ehtimalı hələ ki,  50 faizdən aşağı olmasına baxmayaraq, çox yenə də yüksəkdir. 

 "Əgər tənəzzül baş verərsə, onun miqyası və hansı müddətə qədər sürəcəyini deyə bilmərəm. Ümid edirəm ki, biz bunun qarşısını ala biləcəyik"- deyə Daymen Bloomberg TV-yə müsahibəsində bildirib.

 Bridgwater Associates  fondunun qurucusu Rey Dalio bəyan edib ki, "Trampın ticarət siyasəti  ABŞ-ın və ümumiyyətlə dünya iqtisadiyyatını  ağlar nəticələrə  gətirib çıxara bilər".

 Rüstəm Hacıyev

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью