Icma.az, Banco.az portalına istinadən məlumatı açıqlayır.
Müəllif:Mehin Qasımova,Banco.az
ABŞ iqtisadiyyatı 2026-cı ilin iyul-sentyabr aylarını əhatə edən üçüncü rübündə illik hesablamada 4,3% artım nümayiş etdirib.
Banco.az xəbər verir ki, ABŞ Ticarət Nazirliyinin açıqladığı ÜDM-in ikinci qiymətləndirməsinə əsasən, bu göstərici 2023-cü ilin üçüncü rübündən bəri qeydə alınan ən yüksək iqtisadi artım tempidir.
Müqayisə üçün bildirək ki, ABŞ iqtisadiyyatı 2026-cı ilin birinci rübündə 2,5%, ikinci rübündə isə 2,2% artım göstərib.
Üçüncü rübdə iqtisadi artıma əsas töhfəni investisiyalar, istehlak xərcləri və dövlət xərcləri verib. İxracın azalması isə artımı qismən məhdudlaşdırıb. Eyni zamanda, idxal da yüksəlib.
Üçüncü rübdə şəxsi istehlak xərcləri qiymət indeksi 2,1% artıb. Bu göstərici ikinci rübdə 5% təşkil etmişdi.
Ərzaq və enerji qiymətləri nəzərə alınmadan hesablanan əsas şəxsi istehlak xərcləri (Core PCE) qiymət indeksi isə üçüncü rübdə 2,5% yüksəlib. İkinci rübdə bu artım 3,3% olmuşdu.