Icma.az, Banco.az portalına istinadən məlumatı açıqlayır.
Müəllif: Tamara Mustafayeva, Banco.az
ABŞ iqtisadiyyatı üçüncü rübdə əvvəlcə proqnozlaşdırılandan daha çox böyüyüb.
Banco.az xəbər verir ki, ABŞ iqtisadiyyatı ötən ilin üçüncü rübündə güclü ixracın dəstəyi ilə ilkin proqnozları üstələyərək böyüyüb.
2025-ci ilin üçüncü rübü üzrə illik ifadədə iqtisadi artım göstəricisi 4,3 faizdən 4,4 faizə yüksəldilərək yenidən nəzərdən keçirilib. Bu, son iki ilin ən sürətli iqtisadi artımı kimi qeydə alınıb. Güclü istehlakçı xərcləri iqtisadiyyatın iyul–sentyabr dövründə son iki ilin ən yüksək artım tempini göstərməsində mühüm rol oynayıb.
İqtisadiyyat aprel–iyun dövründə 3,8 faiz böyümüşdü.
ABŞ iqtisadi artımının təxminən 70 faizini təşkil edən istehlakçı xərcləri 3,5 faiz artıb. İxracın artması və idxalın azalması da üçüncü rübdə müşahidə olunan güclü iqtisadi artıma töhfə verib.
Şəxsi istehlak xərcləri qiymət indeksində ötən ilin üçüncü rübündə qeydə alınan artım 2,8 faiz səviyyəsində qorunub saxlanılıb. Sözügedən indeks bir əvvəlki rübdə 2,1 faiz artmışdı.
Qida və enerji xərcləri nəzərə alınmadan hesablanan baza şəxsi istehlak xərcləri qiymət indeksində artım da ilkin proqnozlara uyğun olaraq 2,9 faiz səviyyəsində müəyyən edilib. Bu indeks əvvəlki rübdə 2,6 faizlik artım göstərmişdi.
Bizi sosial şəbəkələrdən izləyin!!