​ABŞ: İran 2025 ci ildə Hizbullaha 1 milyard dollar göndərib

09.11.2025

Icma.az bildirir, Metbuat saytına əsaslanaraq.

ABŞ Maliyyə Nazirliyinin sanksiyalar üzrə yüksək vəzifəli rəsmisi Con Herli açıqlayıb ki, embarqolara baxmayaraq, İran 2025-ci ildə Livandakı Hizbullaha təxminən 1 milyard dollar göndərə bilib.

Metbuat.az xəbər verir ki, Herli bildirib ki, “Livanda artıq elə şərtlər mövcuddur ki, əgər Hizbullah tərksilah edilərsə, Livan xalqı öz ölkəsini geri ala bilər”.

Onun sözlərinə görə, bu prosesin açarı “İranın maliyyə təsirini kəsməkdir”, çünki həmin təsir Hizbullaha pul yatırmaqla davam edir. ABŞ son günlərdə qruplaşmanın pul mübadiləsi yolu ilə maliyyələşməsinə kömək etdiklərinə görə iki şəxsə sanksiya tətbiq edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью