ABŞ İran arasında atəşkəslə bağlı diqqətçəkən məsələ

08.04.2026

Icma.az, GlobalInfo portalına istinadən məlumat verir.

“İran sübut etdi ki, hətta dünyanın aparıcı ordusu belə sülh bağlamağa məcbur edilə bilər”.

Globalinfo.az xəbər verir ki, bu barədə rusyönümlü “Military Chronicle” Telegram kanalının məlumatında yazılıb.

Bildirilib ki, Tehran müharibədə qələbə elan etmək hüququna malikdir:

“Çünki ABŞ strateji məqsədlərindən heç birinə çatmayıb”.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp İranla iki həftəlik atəşkəs elan edib.  O, atəşkəsin bir hissəsi olaraq İranın Hörmüz boğazının açılmasına razılıq verdiyini bildirib. Tramp həmçinin İrana qarşı hərbi əməliyyatın bütün məqsədlərinə çatıldığını da əlavə edib.  Ağ Ev İsrailin də atəşkəsə qoşulacağını vurğulayıb.

Əliyar Xəlil
Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью