Icma.az, Turkstan.az saytına istinadən bildirir.
İranın Qeşm adasında bir neçə partlayış baş verib. Şahidlərin sözlərinə görə, adanın üzərində iki təyyarə müşahidə olunub.
Turkustan.az xəbər verir ki, partlayışlar, həmçinin dənizə doğru hərəkət edən Bəndər Lenqe liman şəhərində də qeydə alınıb.
ABŞ rəsmiləri hücumların İranın Hörmüz boğazında kommersiya gəmiçiliyinə zərbə endirmək imkanlarını məhdudlaşdırmaq məqsədi daşıdığını bildiriblər.
ABŞ rəsmilərindən biri Vaşinqtonun genişmiqyaslı hərbi əməliyyatlara qayıtmaq niyyətində olduğu təəssüratını yaratmamaq üçün hücumlar barədə məlumatları qəsdən məhdud saxladığını qeyd edib.
Aytən Yaşar/ Turkustan.az