Icma.az, Redaktor.az portalına istinadən məlumatı açıqlayır.
"ABŞ-İran arasında müharibə hər an başlaya bilər. Səbəb odur ki, konkret razılaşma yoxdur. Hər iki tərəfin də öz maraqları var".
Bu fikirləri Redaktor.az-a açıqlamasında hərbi ekspert Emin Həsənli bildirdi.
Onun sözlərinə görə, Amerika şərt qoyur ki, İran uranı zənginləşdirməsin, ballistik raketlərin istehsalını dayandırsın:
"Yəni elə şərtlər qoyur ki, hamısının yerinə yetirilməsi mümkün deyil. Yaxud da İran elə şərtlər qoyur ki, bölgədə Amerikanın hərbi bazaları olmasın, Amerika təzminat versin, İran üzərindən embarqo qaldırılsın. Hansı tərəf tələbləri qəbul etsə, məğlub sayılacaq. Ona görə də hələ ki, qarşılıqlı razılaşma yoxdur. Nə vaxtsa hansısa yeni iqtidar olar, yeni hakimiyyətə gəlmiş şəxs yeni çağırışlara, reallıqlara uyğun addımlar ata bilər. Amma indiki halda bu, hələ ki, real görünmür. ABŞ-yə indi böyük bir zərbə dəyib və nəticədə qalib yoxdur. Bəzən hər kəs özünü qalib elan edir, amma sülh yoxdursa, müharibə bitməyib. Müharibə bitəndən sonra kimin qalib gəldiyini konkret söyləmək olar".
Aytəkin TOFİQQIZI