Icma.az bildirir, Sherg.az portalına istinadən.
ABŞ və İran arasında gərginlik fonunda Tehran Vaşinqtonla danışıqların başlanmasına razılıq verib. Sherg.az xəbər verir ki, İran Prezidenti Məsud Pezeşkian müzakirələr üçün göstəriş verdiyini açıqlayıb. Məlumata görə, ABŞ ilə görüşlərin yaxın günlərdə Türkiyədə keçirilməsi ehtimalı yüksəkdir.
Bu məlumat Ağ Ev tərəfindən də təsdiqlənib. Bildirilir ki, Türkiyə, Misir və Qətər tərəflər arasında vasitəçilik edir. ABŞ Prezidenti Donald Trampın hərbi seçimlə yanaşı diplomatik həllə də açıq olduğu vurğulanır. İran rəsmiləri isə qarşılıqlı hörmət əsasında diplomatiyaya hazır olduqlarını bəyan ediblər.