ABŞ İran danışıqları ləğv edildi KİV

19.06.2026

Icma.az bildirir, Qafqazinfo saytına əsaslanaraq.

ABŞ və İran arasında iyunun 19-da İsveçrənin Bürgenştok şəhərində keçirilməli olan danışıqlar baş tutmayacaq. 

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Reuters” agentliyi İsveçrənin Xarici İşlər Nazirliyinə istinadən məlumat yayıb.

Görüşün ləğv edilməsinin səbəbi, həmçinin yeni tarix barədə məlumat verilmir. 

Xatırladaq ki, daha əvvəl iyunun 19-da İsveçrədə İran və ABŞ arasında birbaşa danışıqların ilk raundunun keçirilməsi planlaşdırılırdı. Lakin sonradan ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vensin İsveçrəyə planlaşdırılan səfərinin təxirə salındığı açıqlanmışdı

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью