ABŞ İran danışıqları Oman səfirinin Romadakı iqamətgahında keçiriləcək

19.04.2025

Bizimyol saytından verilən məlumata görə, Icma.az xəbər verir.

İranın nüvə proqramı ilə bağlı fikir ayrılıqlarını həll etmək üçün Vaşinqton və Tehran arasında danışıqların ikinci raundu Oman səfirinin Romadakı iqamətgahında keçiriləcək.

Bizimyol.info xəbər verir ki, bu barədə "Sky News Arabia" telekanalı məlumat yayıb.

İranın xarici işlər naziri Abbas Əraqçi və onu müşayiət edən nümayəndə heyəti Romaya gəlib. İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmail Bəqayinin sözlərinə görə, Omanın xarici işlər naziri Bədr əl-Busəidinin vasitəçiliyi ilə İtaliyanın paytaxtında vasitəçilərin iştirakı ilə danışıqlar aparılacaq.

Aprelin 12-də Omanın vasitəçiliyi ilə ABŞ və İran nümayəndələri arasında İslam Respublikasının nüvə proqramı ətrafında vəziyyətin nizamlanması üzrə danışıqların birinci raundu Maskatda baş tutub. İran nümayəndə heyətinə Əraqçi, Amerika nümayəndə heyətinə isə prezidentin xüsusi nümayəndəsi Stiven Vitkoff başçılıq edib.

Qadir, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью