Icma.az bildirir, Axar.az portalına istinadən.
ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiv Uitkoff İran nümayəndə heyəti ilə keçiriləcək danışıqlarda iştirak etmək üçün İsveçrəyə yola düşüb.
Axar.az xəbər verir ki, bu barədə "Axios" portalı məlumat yayıb.
Bildirilib ki, İsveçrədə İranın nüvə proqramı ilə bağlı mümkün razılaşmaya dair danışıqların ilk raundunun keçirilməsi gözlənilir.
Məlumata görə, Trampın kürəkəni, sahibkar Cared Kuşner artıq İsveçrədədir.