ABŞ İran danışıqları: Vens İsveçrəyə səfərini təxirə saldı

19.06.2026

Axar.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

ABŞ-ın vitse-prezidenti Ceyms Devid Vens ABŞ və İran arasında anlaşma memorandumunun imzalanma mərasimi üçün cümə axşamı İsveçrəyə səfər etməyi planlaşdırmır.

Axar.az xəbər verir ki, bunu Vensin sözçüsü jurnalistlərə açıqlaması zamanı deyib.

O səfərin təxirə salınması ilə bağlı heç bir əlavə məlumat verməyib.

"Axios" portalı və İsrail televiziyasının 12-ci kanalının müxbiri Barak Ravid isə Vensin səfərinin təxirə salınmasını Tehranın Livanla bağlı mövqeyi ilə əlaqəli ola biləcəyini deyib.

Qeyd edək ki, daha əvvəl İran rəsmilərinin İsveçrəyə səfərini təxirə salınması ilə bağlı məlumat yayılıb.

Əlavə edək ki, ABŞ və İran sazişinin 19 iyunda İsveçrədə imzalanacağı gözlənilirdi.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью