ABŞ İran danışıqlarındakı dalan dünya bazarlarına təsir edir

28.09.2026

Icma.az bildirir, Xalq qazeti saytına əsaslanaraq.

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

Yaxın Şərqdə davam edən gərginlik və ABŞ ilə İran arasında diplomatik danışıqlarda yaranmış fikir ayrılıqları beynəlxalq bazarlarda yeni narahatlıqlara səbəb olub.

Reuters-in yaydığı məlumata görə, ABŞ–İran sülh danışıqlarında yaranan dalan fonunda neftin qiymətinin yüksəlməsi Asiya fond bazarlarına təzyiq göstərib.

Agentlik bildirir ki, Hindistanın əsas fond indeksləri bazar ertəsi təxminən son altı ayın ən aşağı səviyyəsinə enib. Buna əsas səbəblərdən biri ABŞ–İran danışıqlarında irəliləyişin olmaması və bunun enerji təchizatı ilə bağlı narahatlıqları artırmasıdır.

Məlumata görə, ABŞ Prezidenti Donald Tramp İranın Hörmüz boğazının açılması və döyüşlərin dayandırılması ilə bağlı təklifini qəbul etməyib. Bununla yanaşı, Tramp danışıqların bu həftə davam etdiriləcəyini bildirib. İran tərəfi isə münaqişənin yalnız diplomatik yolla həll edilə biləcəyini vurğulayıb.

Danışıqlardakı qeyri-müəyyənlik dünyanın ən mühüm enerji marşrutlarından biri hesab olunan Hörmüz boğazı ilə bağlı narahatlığı da artırıb. Mənbənin məlumatına əsasən, bu vəziyyət fonunda Brent markalı neftin qiyməti 2,3 faiz yüksələrək bir barel üçün təxminən 106,7 dollara çatıb.

Neft qiymətlərinin bahalaşması xüsusilə böyük həcmdə xam neft idxal edən ölkələr üçün əlavə iqtisadi təzyiq yaradır. Reuters Hindistanı dünyanın üçüncü ən böyük xam neft idxalçısı kimi göstərərək, bahalaşmanın ölkədə inflyasiya, idxal xərcləri və şirkətlərin mənfəət marjalarına təsir göstərə biləcəyini qeyd edir.

Beləliklə, bu gün ABŞ–İran diplomatik təmaslarının nəticəsiz qalması yalnız Yaxın Şərqdəki siyasi vəziyyət baxımından deyil, həm də qlobal enerji və maliyyə bazarları üçün mühüm amil olaraq qalır. Tərəflərin danışıqları davam etdirmək niyyətində olması isə diplomatik kanalın açıq saxlanıldığını göstərir.

N.Adilqızı
XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью