Icma.az, Newscenter.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Türkiyənin vasitəçiliyi ilə keçirilməsi nəzərdə tutulan ABŞ-İran danışıqlarının baş tutması ciddi şübhələr yaradır. Belə bir görüşün reallaşacağı durumda belə hər hansı bir nəticənin əldə olunması mümkün deyil. Çünki konfliktin görünən və deyilən tərəfi ilə bərabər, rəsmi qeyd olunmayan, ancaq daha vacib bir amili də vardır. Bu amilin adı Çindir. İranı ram etməklə ABŞ- ın əsas məramlarından biri Çini ucuz karbohidrogen təhcizatçısından məhrum etməkdir. Odur ki, iki ölkə arasındakı mübahisəli məsələlərin danışıqlar yolu ilə həll olunacağını düşünmürəm.
Newscenter.az xəbər verir ki, bunları siyasi şərhçi Elçin Ağamalı deyib. O bildirib ki, diplomatik təmasların gündəlikdə olduğu bir zamanda İran hərbi qüvvələrinin ABŞ gəmilərinə hücum cəhdləri 2014-cü ildə Rusiyaya məxsus SU 24 qırıcı təyyarəsinin Türkiyə tərfindən vurulması ssenarisinə olduqca oxşardır:
"O zaman tərəflərin soyuqqanlığı sayəsində Rusiya-Türkiyə qarşıdurmasından qaçmaq mümkün oldu. İndiki halda da İrana məxsus kiçik hərbi gəmilərin və PUA- nın etibarlı şəkildə qorunan ABŞ gəmilərinə hücumu hər hansı bir hərbi vəzifəni yerinə yetirməkdən daha çox ABŞ- ı konfliktə çəkmək cəhdinə oxşayır. Düşünürəm ki, bunu ABŞ- la hərbi qarşıdurmada maraqlı olan hakimiyyətdaxili qüvvələrdən hər hansı biri edir və ya ABŞ-ın tapşırığı ilə bu qüvvələr edir.
Zənnimcə hərbi müdaxilə mütləq olacaqdır. İranda hakimiyyət dəyişikliyi nəticəsində ABŞ-ı təmin edəcək qüvvələrin olmaması səbəbindən bu müdaxilə gecikir. Hakimiyyətin yumşaq dəyişiminin təmin olunması çətin olan vəzifələrdəndir. Belə ki, İraq və Suriyadakı kimi uzun müddət zaman alacaq daxili qarşıdurmanı şərtləndirəcək bütün amillər İranda da mövcuddur".
Süleyman