Icma.az bildirir, Yeniavaz saytına əsaslanaraq.
ABŞ-İran danışıqlarının ilk raundu aprelin 10-da Pakistanın paytaxtında keçiriləcək.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Axios” portalının nüxbiri Barak Ravid “X” sosial şəbəkə səhifəsində bildirib.
“ABŞ və İran arasında sülh sazişi üzrə danışıqların ilk mərhələsinin cümə günü İslamabadda keçirilməsi planlaşdırılır", - Barak Ravid qeyd edb.
Qeyd edək ki, bundan əvvəl ABŞ Prezidenti Donald Tramp İranla iki həftəlik atəşkəs elan etmişdi. Tramp bombardmanı dayandırmağa razılıq vermişdi. O, qərarın Pakistanın Baş naziri Şahbaz Şərif və Pakistan Ordusunun Qərargah rəisi Asim Munirlə danışıqlardan sonra verildiyini bildirmişdi.
Ağ Ev rəhbəri həmçinin atəşkəs razılaşmasının bir hissəsi olaraq İranın Hörmüz boğazının açılmasına razılıq verdiyini açıqlamışdı.
Tramp həmçinin İrana qarşı hərbi əməliyyatın bütün məqsədlərinə nail olunduğunu bəyan etmişdi. Ağ Ev İsrailin atəşkəsə qoşulacağını qeyd etmişdi.
Digər tərəfdən, İranın Ali Milli Təhlükəsizlik Şurası ABŞ ilə iki həftəlik atəşkəs razılaşmasının Amerika qoşunlarının Yaxın Şərqdəki bütün bazalardan çıxarılmasını, bütün sanksiyaların aradan qaldırılmasını, İranın xaricdəki aktivlərinin dondurulmasının ləğv edilməsini və İrana kompensasiya ödənilməsini nəzərdə tutduğunu elan etmişdi.
Tehran həmçinin, Hörmüz boğazından gəmiçiliyin təhlükəsizliyini təmin edəcəyini bildirmişdi.