Sherg.az saytına istinadən Icma.az xəbər verir.
ABŞ ilə İran arasında gərginlik artdığı bir vaxtda Türkiyə diplomatik təşəbbüsü üzərinə götürür. İranın xarici işlər naziri Abbas Araqçi sabah Ankaraya səfər edəcək.
Sherg.az xəbər verir ki, Araqçinin Türkiyənin xarici işlər naziri Hakan Fidan ilə görüşündə ABŞ–İran böhranında gərginliyin azaldılması üçün diplomatik yolların müzakirə olunacağı bildirilir. Vaşinqtonun sərt mesajları və Tehranın cavabları fonunda Ankara regionda vasitəçi rolunu gücləndirir.