Icma.az, Azpost portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Yaxın Şərqdə vasitəçi ölkələr iyulun 28-29-da baş verən hava zərbələrindən sonra yenidən gərginləşən vəziyyət fonunda ABŞ və İran arasında atəşkəsin bərpası ilə bağlı danışıqların yenidən başlanmasına nail olmağa çalışırlar.
Bu barədə mənbələrə istinadən Associated Press (AP) agentliyi məlumat yayıb.
Xatırladaq ki, çərşənbə axşamı İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) İordaniya ərazisində yerləşən ABŞ hərbi hava bazasına və burada yerləşən ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının qərargahına ballistik raketlərlə zərbə endirdiyini açıqlayıb.
Buna cavab olaraq ABŞ Prezidenti Donald Tramp İran ərazisinə güclü zərbələr endirmək niyyətində olduğunu bəyan edib.
ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının məlumatına görə, həyata keçirilən əməliyyat zamanı SEPAH-a məxsus onlarla obyekt, o cümlədən komanda məntəqələri hədəfə alınıb.
Bununla yanaşı, The Wall Street Journal qəzetinin amerikalı rəsmiyə istinadən yaydığı məlumata əsasən, ABŞ-nin endirdiyi zərbələr İrana qarşı genişmiqyaslı hərbi əməliyyatların yenidən başlanması anlamına gəlmir.