Icma.az bildirir, Mia.az saytına əsaslanaraq.
ABŞ və İran arasında həftənin sonunda gözlənilən görüş baş tutmaya bilər.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, buna iki səbəb var.
Məlumata görə, İstanbulda planlanan görüşdən gözlənilməz qərarla imtna edən Tehran rejimi əvvəlcə görüş yerinin dəyişməsini tələb edib: "İran görüş yerinin İstanbulda deyil, Omanda olmasını istəyib. Daha sonra isə İran görüşdə yalnız nüvə silahının müzakirəsini tələb edib. Təbii ki, bu tərəfləri bir araya gətirməyə çalışan türkiyə və ABŞ-da xoş qarşılanmayıb".
Məlumatda deyilir ki, bu gün ABŞ dövlət katibi Marko Rubionun açıqlaması da görüşün baş tutmama ehtimalının olduğunu göstərib. Baş katib Omanda keçirilməsi planlaşdırılan görüşün yerinin hələ də bəlli olmadığını etiraf edib: "Biz Türkiyədə görüşəcəyimizi düşünürdük, hələ də bunun üzərində işləyirik. İranla danışıqların ciddi səbəbi olmalıdır. Görüş üçün ballistik raket məsələsinin müzakirəsi də şərt kimi masada olmalıdır".
İndi günün əsas sualı budur: raket gücünə güvənən İran bu şərti qəbul edəcəkmi?!
Samir Musayev
MİA.AZ