ABŞ İran görüşü harada keçiriləcək?

15.04.2025

Icma.az, GlobalInfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

ABŞ ilə İran arasında nüvə məsələləri üzrə ikinci görüş də Omanın Muskat şəhərində keçiriləcək.

Globalinfo.azReuters”ə istinadla xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai açıqlama yayıb.

Xatırladaq ki, iki ölkə nümayəndələri arasında görüş aprelin 12-də keçirilib. Tehranın və Vaşinqtonun bildirdiyinə görə, Omanda keçirilən danışıqlar müsbət və konstruktiv olub və bu həftə yenidən görüşmək barədə razılığa gəlinib.

Qeyd edək ki, daha əvvəl KİV-də danışıqların Roma şəhərində baş tuta biləcəyi ilə bağlı xəbərlər yayılmışdı.

Aysel Əliyeva
Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью