ABŞ İran: Hərblə sülh arasında gərgin diplomatiya TƏHLİL | Icma.az
Azvision portalından alınan məlumata görə, Icma.az xəbər verir. 1987–1988-ci illərdə Fars körfəzindəki vəziyyət gərgin idi.
İran-İraq müharibəsi davam edir, gərginlik iki ölkənin sərhədini aşaraq, bütün regionun maraqlarına təhdid yaradırdı.
Ərəb ölkələri, xüsusilə Səudiyyə Ərəbistanı və BƏƏ Amerikanı İrana qarşı qaldırmağa çalışır, Vaşinqton isə gizli diplomatik kanallarla Tehranla sövdələşmələrə can atırdı.
İraqla müharibədə İranın hər yeni taktiki qələbəsi yeni narahatlıq dalğası doğururdu.
Hörmüzdə toqquşmanın udan və uduzan tərəfləri İraq meydanda itirdiyi mövqeləri qismən öz xeyrinə dəyişmək üçün İranın əsas resurs bazasını zəiflətmək məqsədilə Fars körfəzində neft tankerlərinə hücum etməyə başlamışdı.
İraq öz neftini boru kəmərləri ilə ixrac etdiyindən, İran cavabında Hörmüz boğazından keçən və İran-İraq müharibəsində Bağdadın tərəfində çıxış edən ölkələrin tankerlərini hədəf almağa başladı.
Beləliklə, Küveyt və Səudiyyə Ərəbistanı İran-İraq müharibəsindən ciddi zərər çəkdilər. Bununla da müharibənin cəbhə xətti genişləndi.
O dönəmlər körfəz ölkələrində fəaliyyət göstərən diplomatlar qeyd edirlər ki, 1986-cı ilin sonlarında Küveyt ABŞ-yə müraciət edərək, tankerlərinin qorunması üçün kömək istəyib.
Tam oxu
Xəbəri oxu