ABŞ İran iqtisadiyyatının çökəcəyinə ümid edir

30.05.2026

Cebheinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

ABŞ Maliyyə Naziri Skott Bessent bildirib ki, ABŞ hakimiyyəti İrana məxsus təxminən 1 milyard dollar dəyərində kriptovalyuta aktivlərini müsadirə edib.

O, bu addımı “cüzdanların birbaşa ələ keçirilməsi” kimi qiymətləndirib.

“Cebheinfo.az” xarici mediaya istinadən xəbər verir ki, Vaşinqtonda keçirilən forumda çıxış edən Bessent İran iqtisadiyyatının ağır vəziyyətdə olduğunu iddia edərək, ölkənin iflas həddinə yaxınlaşdığını söyləyib.

Onun sözlərinə görə, İran hərbçilərinin 40-50 faizi maaş ala bilmir, bəzi polis əməkdaşları xidmətə çıxmır, inflyasiya 200 faizi keçib, hakimiyyət ərzaq talonları paylayır və internetə məhdudiyyətlər tətbiq olunub.

ABŞ-İran danışıqlarına da toxunan nazir bildirib ki, hazırda proses daha aşağı səviyyəli rəsmilər vasitəsilə davam edir.

O, İran hakimiyyətini həm dini rəhbərlik, həm də hərbi strukturların təsiri altında olan sistem kimi xarakterizə edib.

Bessent əlavə edib ki, İranın Körfəz ölkələrinə qarşı addımlarından sonra ABŞ müttəfiqləri İranın neft ixracı marşrutlarının müəyyənləşdirilməsində daha fəal iştirak edirlər.

O, həmçinin ABŞ hərbçilərinin Hörmüz boğazında mümkün blokada əməliyyatlarında iştirak etməyə hazır olduqlarını vurğulayıb.

Xatırladaq ki, Skott Bessent daha əvvəl ABŞ-ın İranla bağlı üç mümkün ssenarini nəzərdən keçirdiyini açıqlamışdı: yeni sazişin imzalanması, mövcud təzyiq siyasətinin davam etdirilməsi və sanksiyaların daha da sərtləşdirilməsi.

Aişə Abdulova
“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью