Icma.az bildirir, Newscenter.az saytına əsaslanaraq.
İran mühafizəkar qrupu islahatçı qanadın ABŞ-la anlaşma memorandumunu hərvəchlə pozmağa çalışır. SEPAH yaxın Keyhan qəzeti və digər mətbuat orqanları prezidenti, xarici işlər naziri və parlament sədrinin xəyanətdə günahlandırır. Həmçinin parlamentin bir neçə mühafizəkar deputatı kəskin şəkildə bu anlaşmaya qarşı çıxırlar. Bunun nəticəsidir ki, SEPAH Hörmüzdən keçən gəmilərə yenidən atəş açıb.
İran hakimiyyət daxilində razılaşmanın pozulması və islahatçıların artan mövqeyinin zəifləməsi istiqamətində ciddi hücumlar həyata keçirilir. Hətta prezident və xarici işlər nazirinə sui-qəsd edilməsi istisna deyil. ABŞ və İran memarandumunu prezident və onun komandası qorumağa çalışır.
ABŞ İrana geniş miqyaslı yenidən hücum edərsə, mühafizəkarlarin mövqeyi güclənəcək. Ona görə də Vaşinqton prosesləri düzgün qiymətləndirir. SEPAH güclüdür və onların qərarları ölkədə tam mütləqdir. Mühafizəkarların siyasəti ABŞ-İran memarandumunun reallaşdırmasinı sual altına qoyur. Prezident M. Pezeşkian və onun komandasını çətin bir günlər gözləyir.
Məhəmməd Əsədullazadə
Milli Cəbhə partiyasının başqanın müavini