Icma.az, Modern.az saytına istinadən bildirir.
ABŞ-ın keçmiş müdafiə naziri Mark Esper ABŞ və İran arasında müharibənin 2029-cu ilədək uzana biləcəyini bildirib.
Modern.az xəbər verir ki, Esperin sözlərinə görə, münaqişənin 2027-ci ilədək davam edəcəyi gözlənilir. Lakin onun 2028 və hətta 2029-cu ildə də davam edib-etməyəcəyi ABŞ-ın strategiyasından asılı olacaq.
Keçmiş nazir prezident Donald Trampın İrana qarşı tətbiq etdiyi iqtisadi blokadanı dəstəklədiyini bildirib. O, bunun beynəlxalq əməkdaşlığa əsaslanan səbirli və sistemli strategiya tələb etdiyini vurğulayıb.
Esper hesab edir ki, məqsəd İranı tədricən danışıqlar masasına oturmağa məcbur etməkdir. Bununla belə, o, prosesin uzun vaxt aparacağını qeyd edib.
Noyabrın 20-də Donald Tramp İranın ABŞ-ı qane edəcək razılaşmaya hazır olmadığını bildirmişdi. Həmin gün CBS News ABŞ və İsrailin yaxın vaxtlarda İrana qarşı yeni hücum ehtimalını nəzərdən keçirdiyini yazıb.