Sitat.info saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
ABŞ İrana qarşı havadan hərbi əməliyyatları rejimin dəyişməsinə gətirib çıxarmayacaq.
"ABŞ İrana qarşı hərbi əməliyyatlar keçirəcək. Təbii ki, diplomatik danışıqlar yolu ilə problem həll oluna bilər. Amma, İranın Ali dini rəhbəri Ə. Xamenei heç bir danışığa getmir. ABŞ prezidenti D. Trampın şərtləri isə bir növ İranı təslim olmasıdır".
Bu sözləri Sitat.info-ya açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib.
O bildirib ki, müharibə başlayarsa, bundan daha çox zərər görən İsrail olacaq: " İran əlində olan raketlərin 80 faizin İsrailə atacaq. Bu da İsrail də ciddi dağıntılara səbəb olacaq. ABŞ-ın havadan İranı vurması rejimin devrilməsinə gətirib çıxarmayacaq. Quru əməliyyatı isə, ABŞ-ın bəri başdan məğlub olması deməkdir. Çünki onminlərlə dini fanatik ABŞ əsgərlərini İranın qumlu çöllərində qarşılamağa hazır olacaq. ABŞ hesab edir ki, İraq ordusu ABŞ ordusuna müqavimət göstərmədi. Amma, İranda bu belə deyil. Birincisi, İraq süni yaradılmış dövlətdir. Əhali məzhəblərə bölünərək bir-birine qarşı düşməndi. S. Hüseyn Iraq cəmiyyətini parçalayıb idarə edirdi. Amma, İranda rejim kifayət qədər güclü ideoloji xətt formalaşdırıb. Həmçinin İraqda olduğu kimi İranda daxili məzhəb və dini parçalanma yoxdur".
M.Əsədullazadə qeyd edib ki, ABŞ müharibəyə başlayarsa, nəticəsi sual doğurur: " İran xalqı Pəhləviləri qəbul etməyəcək. Amma, sistemin içindən yeni rəhbəri qəbul edə bilər. Təbii ki, ABŞ İrana qarşı hava əməliyyatları İran cəmiyyətinə demokratiya və azadlıq gətirməyəcək".
Aytac,
Sitat.info