ABŞ İran müharibəsi nəticəsində dünya 2,6 mlrd. barel neft itirib

14.08.2026

Apa.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

ABŞ və İran arasında müharibə başlayandan dünya 2,6 mlrd. barel neft itirib.

"Reuters" "Saudi Aramco"ya istinadən xəbər verir ki, bu həcm 1979-cu il İran inqilabının nəticələri istisna olmaqla, ümumi həcm baxımından tarixdə ən böyük neft tədarükü pozuntusudur.

Məlumata görə, itirilmiş neft həcmi dünya üzrə təxminən 25 günlük istehlaka bərabərdir. Hesablama müharibədən əvvəl qlobal neft tələbatının gündəlik 103 mln. barel səviyyəsində olması əsasında aparılıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью