“ABŞ İran müharibəsi uzun sürəcək və heç bir tərəf üçün asan olmayacaq”

19.07.2026

Moderator.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

“ABŞ-İran müharibəsi uzun sürəcək və heç bir tərəf üçün asan olmayacaq”.

Bunu Moderator.az-a açıqlamasında politoloq Zərdüşt Əlizadə bildirib. Polioloq qeyd edib ki, buna səbəb hər iki tərəfin öz mövqeyindən geri çəkilmək istəməməsidir:

“İran sabit, möhkəm və qətiyyətlidir. Suverenliyini qorumaq, ABŞ-ın tələblərinə boyun əyməmək istəyir. ABŞ isə güclü və varlıdır. Öz istəyini İrana diktə etmək, neft və qazla bağlı iddialarını təmin etmək istəyir. Yəni tərəflərin mövqeyindən kifayət qədər fərqlidir. Buna görə də ABŞ-İran mahribəsinin yaxın zamanda başa çatacağını düşünmürəm”.

Seymur ƏLİYEV

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью