ABŞ İran müharibəsinin qalibi kimdir?

08.05.2026

Icma.az, Cebheinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

ABŞ-nin keçmiş vitse-prezidenti Kamala Harris bildirib ki, ABŞ-İran qarşıdurmasında ən çox qazanan tərəf Rusiyadır, ən çox zərər görən isə Ukraynadır.

“Cebheinfo.az”-ın xarici mediaya istinadən məlumatına görə, Harris deyib ki, ABŞ Prezidenti Donald Tramp Rusiyaya qarşı bəzi sanksiyaları yumşaldıb və bu da Moskvaya neft satışından daha çox gəlir əldə etməyə imkan verir.

Onun sözlərinə görə, ABŞ-nin Yaxın Şərqə göndərdiyi artilleriya, sursat və hava hücumundan müdafiə sistemləri əslində Ukraynaya verilə bilərdi. Bu səbəbdən də Ukrayna vəziyyətdən mənfi təsirlənir.

Harris həmçinin iddia edib ki, Tramp İrandakı müharibə fonundan istifadə edərək diqqəti maliyyəçi Cefri Epşteyn ilə bağlı qalmaqaldan yayındırmağa çalışır.

Aişə Abdulova
“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью