“ABŞ İran münaqişəsi qaçılmazdır”

03.04.2025

Icma.az, Cebheinfo portalına istinadən məlumat yayır.

ABŞ-nin yeni nüvə sazişi üzrə danışıqlara cəhdləri uğursuz olarsa, İranla hərbi münaqişə qaçılmazdır”.

Bunu Fransanın xarici işlər naziri Yan Noel Barrot deyib.

O xatırladıb ki, ABŞ Prezidenti Donald Tramp Vaşinqtonun nüvə proqramı ilə bağlı güzəştə getməyəcəyi təqdirdə Tehranı bombalayacağı ilə hədələyib.

İran isə öz növbəsində bu təhdidlərə cavab olaraq istənilən hücuma cavab verəcəyini vəd edib.

Bütün bunları nəzərə alaraq nazir belə bir ssenarinin Yaxın Şərqdə sabitliyi daha da poza biləcəyi barədə xəbərdarlıq edib.

"Cebheinfo.az" 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью