ABŞ İran neftini Çinə daşıyanlara sanksiya tətbiq etdi

06.02.2025

Axar.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

ABŞ Maliyyə Nazirliyi İran neftinin Çinə tədarükünü asanlaşdırdığı iddia edilən fiziki şəxslər, qurumlar və gəmilərə qarşı sanksiyalar tətbiq edib.

Axar.az xəbər verir ki, bu barədə nazirliyin açıqlamasında deyilir.

"Bu gün ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsi yüz milyonlarla dollar dəyərində milyonlarla barel İran neftinin Çinədaşınmasını asanlaşdırdığı üçün beynəlxalq şəbəkəyə sanksiya tətbiq edib", - deyə bildirilir.

Sanksiya siyahısına beş İran və bir Hindistan vətəndaşı da daxil olmaqla altı şəxs daxildir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью